Metroda intihar etmək istəyən qızı xilas etdi - FOTO

OXUNUB: 873 MARAQLI DÜNYA

ABŞ-ın Nyu-York şəhər metropolitenində dünən intihar etmək qız ölümdən xilas edilib.

Olay metropolitenin Manhetten səmtindəki Brodvey-Lafayet səmtində yaşanıb.

20-22 yaşlı qız metro stansiyasının platformasında 6 metr hündürlükdəki köndələn dəmir tirin üzərinə qalxaraq oradan qatarın altına atılmağa hazırlaşırdı.

Bunu görən gənc oğlan dərhal yuxarı dırmaşıb və intihara hazırlaşan qadını dilə tutaraq fikrindən döndərməyə çalışıb.

Nyu-Cersi ştatındakı Hoboken şəhərinin sakini, 38 yaşlı Mixal Klayn olayın fotosunu çəkərək Facebook-dakı profilində paylaşıb.

 

Həyatı ilə risk edən gənc intihar niyyətində olan qızı fikrindən daşındırıb.

Stansiyaya çağırılmış təcili yardım maşını bu qızı hospitala aparıb./milli

 

İcmal.Az

RƏYLƏR