Metroya hücum edənin şəxsiyyəti məlum oldu: 50 MİN DOLLAR MÜKAFAT

OXUNUB: 587 Özəl DÜNYA HADİSƏ
7NEWS.az xəbər verir ki, ABŞ-da Nyu-York polisi 62 yaşlı Frank R Ceymsin dünən metro stansiyasında törədilən hücumla əlaqəsi olduğu üçün axtarışa verildiyi açıqlanıb. Polis həmçinin Ceymsin yerini xəbər verənlərə 50 min dollar pul mükafatı veriləcəyini açıqlayıb. Məlumat üçün qeyd edək ki, çərşənbə axşamı yerli vaxtla 08:30-da silahlı şəxs 36-cı küçədə yerləşən stansiyada iki tüstü bombasını partladıb, sonra ətrafa atəş açıb. Nyu-York qubernatoru Kathy Hochul ştatın bütün resurslarının "cinayətkarlıqla mübarizəyə həsr edildiyini" söylədi.

7NEWS.az

RƏYLƏR