Məzən olsun, Veysəloğlu – 1 ədəd narın qiyməti 1m 35 qəpik

OXUNUB: 546 İQTİSADİYYAT
1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu  Şirkətlər  Qrupu bu gün ölkədə 100-dən artıq fabrikə, mağazalar şəbəkəsinə, hətta "Ulduz” şokolad fabrikinə və digər obyektlərə sahibdir. Və yəni  öz fəaliyyət sahəsini genişləndirir. Amma təəssüf ki, bu boyda şirkətin  xidməti və məhsulları  nəinki müasir tələblərə, heç orta səviyyəyə də uyğun deyil.  
Şirkətin istehsal etdiyi  şokoladların içindən nələr çıxmır ? 
Bəzi sahələri monopoliyaya alması isə şirkətin ən zəif yeridir. 
Ən əsası ilə dəfələrlə  süni qiymət artımı ilə bağlı  cənab Prezidentin xəbərdarlıq etməsinə baxmayaraq Veysəloğlu şirkəti süni qiymət artımı məsələsində hamıdan öndə gedir. 
Vergidən yayınma, idxal olunan məhsullara  qoyulan faizlərin əndazəni aşması və digər  köhnə xəbərləri  bir yana qoyaraq  keçək, lap təzə məlumatlara. 
Bəli, son vaxtlar yanacağın, suyun və s qiymət artımından  istifadə edən Veysəloğlu  şirkəti əməlli-başlı qiymətləri şişirdib. 
Məsəl var deyir ki, dənizin dadını bilmək üçün bir damcı da kifayətdir. 
''Gündəlik Bakı'' qəzetinin(gundelik-baku.com) əməkdaşı  Veysəloğlu şirkətinə məxsus, Ağır Cinayətlər Məhkəməsi ilə üzbəüz  SPAR marketində meyvə-tərəvəzlərin heç bir normaya sığmayan qiyməti ilə rastlaşıb. 
Ölkəmizdə ən çox yetişdirilən məhsullardan biri olan narın  bir ədədi 1 manat 35 qəpikdir. Bəli, təəccüblənməyin  əməkdaşımız 4 ədəd nara 5 manat 40 qəpik ödəyib.  
Deməli, 1 ədəd narın qiyməti = 540 : 4 = 135 qəp = 1 m 35 qəp
Əməkdaşımız  digər bir məhsulun qiymətini isə  4 manat 99 qəpik görüb. Görəsən Veysəloğlunun başbilənləri bu qiyməti necə müəyyən edib. Niyə, 5 manat, yaxud 4 manat 95 qəpik yox, məhz 4 manat 99 qəpik ? 
Bir məsələ də maraqlıdır. Bu gün müəllimin dərs saatının qiyməti  1manat 10 qəpikdir.
 
İcmal.Az

RƏYLƏR