İcmal.Az-ın əldə etdiyi məlumata görə, aparıcının bu günə kimi təqdim etdiyi verilişlərə bənzər layihə ilə ARB TV-də tamaşaçılar qarşısına çıxacağı iddia edilir.
Hal-hazırda aparıcı ilə telekanal arasında danışıqlar gedir. Əldə etdiyimiz məlumata görə, aparıcı ilə bir çox məsələlərdə artıq razılığa gəlinib.
Qeyd edək ki, məşhur aparıcı Mikayıl Güləddinoğlu bir müddət əvvəl efirdə toyxana yaratması ilə bağlı böyük qınaq atəşinə tutulmuşdu.
İcmal.Az

























