Millət vəkili: "Medianın İnkişafı Agentliyinin mövcud strategiyası çox məntiqli və düzgündür"

OXUNUB: 989 index-manşet SOSİAL
Bu sözləri 7NEWS.az saytına açıqlamasında millət vəkili Elşən Musayev deyib: "Medianın İnkişafı Agentliyinin sərgilədiyi fəaliyyət, həyata keçirdiyi bütün layihələr tərəfimizdən alqışlanır və təqdir edilir. Agentliyin çap mediası və onlayn media subyektlərinin inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil etdiyi son müsabiqə də həmin qəbildəndir. Müsabiqə artıq bitib. Qaliblər məlumdur. Onların hər birini təbrik edirəm. 

Media olduqca əhəmiyyətli bir sahədir. Azərbaycanın media quruluşlarında dəyərli insanlar çalışır, fəaliyyət göstərir. Media mənsubları ictimai-siyasi həyatın əsas və hərəkətverici qüvvələrindəndir. Bu səbəbdən də onlara göstərilən dövlət dəstəyi, diqqət  və qayğı olduqca sevindiricidir. 

Eyni zamanda qeyd etmək istəyirəm ki, Medianın İnkişafı Agentliyinin mövcud strategiyası çox məntiqli və düzgündür.  Daha dəqiqi, Agentlik çap və onlayn media qurumları arasında heç bir fərq qoymur, hamıya qarşı eyni münasibəti sərgiləyir, maraqlı  layihələri dəyərləndirir,  media qurumlarına diqqətini əsirgəmir,  dövlətə və dövlətçiliyə tövhə vermək üçün bütün imkanlarını səfərbər edir. Ümid edirəm ki, Agentiyin fəaliyyəti bundan sonra da hər zaman belə xoş məqamlarla müşayət olunacaq. 

Bir daha son müsabiqənin qaliblərini ürəkdən təbrik edirəm və heç şübhə etmirəm ki, yaxın gələcəkdə dövlətə və dövlətçiliyə xidmət edən onlayn və çap mediasının bütün nümayəndələri, dəyərli qələm sahibləri belə faydalı müsabiqələrin qalibləri olacaqlar." 

7NEWS.az

RƏYLƏR