Millət vəkili Ramil Həsəndən karantinlə bağlı mühüm təklif – TƏFƏRRÜAT (ÖZƏL)

OXUNUB: 928 İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, COVID-19-la mübarizə çərçivəsində Azərbaycan hökumətinin apardığı uğurlu mübarizə metodlarına dəstək məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin maraqlı təkliflərlə çıxış edib.

R.Həsənin paket şəklində hazırladığı təkliflər həm hökümət, həm də əhali üçün mühüm nüansları özündə əks elətdirir: "Məlum olduğu kimi, Azərbaycanda artıq aylardır ki, pandemiyaya qarşı hökumətin bilavasitə Operativ Qərargah çərçivəsində apardığı uğurlu proses davam etməkdədir. Məhs bu mübarizə metodlarının tətbiqi sayəsində ölkəmizdə xəstələnənlərin sayı ilə yoluxanların sayı nisbəti arasında fərq ciddi şəkildə aşağı enməkdədir. Bu tempi qoruyub saxlamaq, amma eyni zamanda əhalinin asudə vaxtının rahat və sərbəst şəkildə təşkil olunması, Bakı şəhərinin müəyyən qədər insan sıxlığından azaldılaraq daha rahat, daha da gigiyenik ortama sahib ola bilməsi, sentyabr və oktyabr aylarına hazırlıq prosesi ilə bağlı Bakı şəhərini müəyyən qədər asılılıqdan və çətinlikdən qurtara bilmək və eyni zamanda yerli turizmin inkişafına dəstək məqsədilə aşağıdakı təkliflər paketini diqqətinizə təqdim edirəm:

Əgər biz ölkə əhalisinin, xüsusilə də Bakı şəhəri əhalisinin regionlarda istirahəti ilə bağlı təkliflərini və tələblərini nəzərə alıb həyata keçirməyi düşünürüksə, o zaman mənim təklifim bundan ibarətdir ki, sərt karantin rejimindən normal karantin rejiminə keçiləcəyi təqdirdə, istirahət məqsədi ilə Bakı şəhərindən rayonlara və Operativ Qərargahın müəyyənləşdirəcəyi istirahət mərkəzlərinə səfər edəcək insanlardan COVID-19 testindən keçirilməsi tələb olunsun.

Dolayısı ilə, necə ki, Azərbaycan Hava Yolları, Türk Hava Yolları vasitəsi ilə hava limanından ölkə xaricinə çıxan vətəndaşlardan 48 saat əvvələ test tələb olunursa, istirahət mərkəzlərinə üz tutacaq bizim sərt karantin rejimi ilə üzləşmiş rayonlarımızdakı vətəndaşlarımızın da bu sərt karantin rejimi yumşalandan sonra rayonlara gedəcəyi zaman 48 saat ərzində vermiş olduqları test sənədi onlardan tələb olunmalıdır. Bildiyiniz kimi, Bakıdan rayonlara çıxan zaman əsas mərkəzi yollarımızda polis postları qurulub. O polis postlarında vətəndaşlarımız COVID-19 testlərini təqdim edərək, üz tutduqları istiqamətlərə gedə bilərlər. Turizm müəsisələrinə gəldikləri zaman isə, mütləq şəkildə onlar öz COVID-19 teslərinin neqativ çıxmasını təsdiqləyən sənədin surətini otelin resepsionuna təqdim edərək, özlərinin sağlam olduqlarını təsdiqləmiş olurlar. Bu minvalla biz aşağıdakılara sahib oluruq:

Dünya Səhiyyə Təşkilatının qeyd etdiyi kimi, karantin rejimindən çıxmış insanların gedib COVID-19-un yayılmadığı bölgələrdə kimisə xəstələndirmək ehtimalını minimuma, sıfıra endirmiş oluruq. Niyə? Çünki buradan gedəcək vətəndaşların COVID-19 testini keçdiyi zaman onların sağlam olduğu təsdiqlənmiş olacaq və bu minvalla Bakı şəhərindən regiona səfər edəcək vətəndaşların sağlam olduğu, xəstəlik daşıyıcısı olmadığı və əlbəttə ki, xəstəliyi yaymaq kimi bir ehtimalının olmadığı təsdiqlənmiş olacaq. Bu vasitə ilə, biz həm əhalinin asudə vaxtının təşkili və yay tətilinin səmərəli şəkildə keçirilməsi, həm COVID-19-la mübarizə çərçivəsində hökumətimizin atdığı uğurlu addımların yerində daha da gücləndirilməsi, əhalimizin sağlam şəkildə bir birlərini xəstələndirmədən normal, məsuliyyətli və mədəni istirahətinin təşkilini təyin etmiş olacayıq.

Digər məsələ isə, yerli turizmin inkişafına və oradakı müəsisələrin, eyni zamanda otellərin iş imkanlarının yenidən güclənməsinə, bərpa olunmasına köməklik etmiş olacaqdır.

Bununla biz əhalimizə bu prosesdən tədricən çıxış yollarını və koronavirusla mübarizə çərçivəsində yeni həyata alışma yollarını da öyrətmiş olacağıq. Çünki, məlumdur ki, hələ biz Dünya Səhiyyə Təşkilatında qeydiyyatda ikən bir müddət COVID-19 virusu ilə bərabər yaşamalı olacayıq. Yəni sosial məsafənin qorunması, maska taxılması, gigiyenik vasitələrdən istifadə olunması, eyni zamanda əhalinin səmərəli vaxtının təşkili ilə bağlı verdiyim təkliflər ölkəmizin müvafiq qurumları tərəfindən dəyərləndirilib, qiymətləndirilib həyata keçiriləcəyi təqdirdə, dediyim kimi əhalimizin özünə, həm də sağlamlığına və təhlükəsizliyinə xidmət etmiş olacaqdır.”

7NEWS.az


RƏYLƏR