Prezident İlham Əliyev Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
İcmal.Az-ın xəbərinə görə, sərəncamla Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
"Əməkdar elm xadimi”
Kərimov Kərəm Təbriz oğlu
"Əməkdar həkim”
Ağayev Misirxan Muradxan oğlu
Şamilova Faiqə Hacıbala qızı.
İcmal.Az