Mingəçevir icra başçısı yaralı qaziləri ziyarət edir, diqqətdə saxlayır - FOTOLAR

OXUNUB: 398 GÜNDƏM
7NEWS.az xəbər verir ki, Mingəçevir şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  Vətən Müharibəsi qazilərini evlərində ziyarət edib.   Döyüşdə yaralanan qazilərlə  səmimi söhbəti zamanı başçı onların vəziyyətləri ilə tanış olub.Yaralı qazilər   öz şərəfli döyüş yolundan danışıblar. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, qazilərimizi  təbrik edən   icra başçısı qazilərin  və ailəsinin problemləri ilə maraqlandı. Şəhid ailələri və Qazilərimizin Cənab Prezidentimizin  xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı.Başçı yaralı qazilərə Allahdan şəfa dilədi və onların tezliklə ayağa qalxmasını arzuladı.Qazilərin ailələri onları ziyarət edən icra başçısına razı qaldıqlarını bildirərək təşşəkkür ediblər.


RƏYLƏR