Mingəçevir polisinin peşə bayramı qeyd edilib

OXUNUB: 856 SOSİAL
7NEWS.az xəbər verir ki, hər il olduğu kimi bu il də Mingəçevirdə polis işçilərinin peşə bayramı  qeyd olundu. Sizə təəccüblü gəlməsin, ona görə "bu il də” deyirik ki, bu tədbirin keçirilməsi artıq bir ənənə şəklini alıb. Tədbirdən öncə şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri,  və veteran polislər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular, ulu öndərin xatirəsini yad etdilər. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib, unudulmaz və müqəddəs xatirələri yad edilib. Polis şöbəsinin akt zalında davam edən tədbir himnimizin oxunması ilə başladı.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə ŞPŞ-nin rəisi,polis polkovniki Ədalət Əliyev açaraq Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun  səmimi təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb.  

Rəis Azərbaycan polisinin həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət etdiyini bildirdib. Asayişin keşiyində duran polis əməkdaşlarının səmərəli fəaliyyəti üçün ölkədə güclü maddi-texniki bazanın formalaşdırıldığını, polis və ictimaiyyət arasında yüksək inama və sıx əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi məqsədilə səmərəli tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Tədbirdə Mingəçevir polisinin uğurlarından da danışıb. 

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov   peşə bayramları münasibət ilə asayiş keşikçilərini təbrik edib.  

Polis veteranları da çıxış edərək gənc polislərə öz tövsiyələrini veriblər. Sonda bir qrup polis əməkdaşına və polis veteranına fəxri fərman və hədiyylərr təqdim olunub.Eləcədə cənab nazirin xidmətində fərqlənən bir neçə polis əməkdaşına döş ordeni ilə təltif olunublar.

MingecevirXeber.com saytının əməkdaşı polisin səmərəli fəaliyyətini işıqlandırdığı üçün ŞPŞ rəisi Ədalət Əliyev tərəfindən təlitf olunub.

RƏYLƏR