7news.az xəbər verir ki, icra başçısı İlham İsmayılov iclasın gündəliyində 2 məsələnin olduğunu bildirib.
Aşagıdakı məsələlər müzakirə olundu:
1.Mingəçevir şəhəri üzrə dövlət büdcəsinin 2026-cı il üçün təsdiq olunmuş gəlir və xərcləri haqqında hesabat
2.Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi üzrəxidmət haqqının ödənişi vəziyyəti və yığılan vəsaitin xərclənməsi haqqında YSTİ rəhbərinin hesabatı dinlənildi.
Şura iclasında müzakirələr zamanı İcra başçısı Mingəçevirdə sakinlərin 50 mindən çoxu məişət tullantılarının daşınmasına görə üzərinə düşən müqavilə qiymətini ödəməkdən yayınır deyib.
Bu açıqlama ilə Yaşıllaşsırma və Sanitar Təmizlik İdarəsinin müdiri Tahir Aabdullayevə irad bildirən başçı bu sahədə yaradılan ciddi nöqsanların aradan qaldırılmalıdır.
Onun sözlərinə görə məişət tullantıları üzrə xidməti ödəniş haqları adam sayına düşən müqavilə əsasında müəyyən olunur. Amma Mingəçevirdə 50 minə yaxın istifadəçi bu müqavilələrdən yayınır, yaxud kənarda qalır. Əgər bu vəsait vaxtında yığılarsa şəhər təsərrüfatı tullantıların müasir qaydada daşınmasını həyata keçirmək üçün müasir yük maşınları almaq olar.İlham İsmayılov qeyd edib ki, həmin ödəmələr və onlara tətbiq olunan qənaət sahəsində yeni texnikalar almağa nail ola bilərik. Çalışaq müqavilədən yayınmaların qarşısını alaq. Müqavilə haqları ödənsə, Mingəçevirin müasir xidmət texnikası ilə təmin olunması davam edəcək"- deyə icra başçısı yerli mətbuat nümayəndələrinə bu işdə maarifləndirici dəstək olmağa səsləyib.






















