Mingəçevirdə azyaşlını avtomobillə vuran sürücü hadisə yerindən qaçıb.
Hadisə şəhərin M. Maqomayev prospektində baş verib. Belə ki, bərbərxanadan evə qayıdan 2010-cu il təvəllüdlü Murad adlı oğlan uşağını naməlum avtomobil vurub. Sürücü bundan sonra hadisə yerini tərk edib.
Müxtəlif bədən xəsarətləri alan yaralı uşaq ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
























