Mingəçevirdə dəhşətli qətl: 25 YAŞLI QADIN KEÇMİŞ ƏRİ TƏRƏFİNDƏN ÖLDÜRÜLDÜ

OXUNUB: 456 Özəl HADİSƏ
Mingəçevir Şəhər Prokurorluğundan 7NEWS.az-a verilən məlumata görə aprelin 14-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın  öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1994-cü il təvəllüdlü Yasin Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Şaxanım Ələkbərovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Yasin Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
 
İcmal.Az

RƏYLƏR