7NEWS.az xəbər verir ki, 13 oktyabr 2025-ci il tarixdə "Qədiroğlu" marketlər şəbəkəsinin şəhərin 20 Yanvar küçəsi, "Güllü bağ" dairəsinin yaxınlığında tikdirdiyi yeni binanın həyətində ağaclar kəsilib. Əraziyə gələn 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları baş vermiş hadisəni aktlaşdırıblar. Şəhərdə bir sıra fəaliyyətlər həyata keçirmiş "Qədiroğlu" MMC-nin bu əməli AR.CM-nin 104.1-ci maddəsi ilə cinayət tərkibi yaradır. Eyni zamanda burada istifadə edilən texnikaların hansı təşkilata məxsus olması da araşdırılmalıdır. Məlumat üçün qeyd edək ki, kəsilən ağaclar irigövdəlidir və onların bu vəziyyətə çatdırılması azı 10-15 ilə mümkün olur.
Videonu tanınmış jurnalist İxtiyar Həsənli paylaşıb.