Bu gün Mingəçevirdə qızların velosiped yarışı keçirildi.
Mingəçevir Dövlət Universitetinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaşlığı ilə reallaşdırılan layihə uğurla baş tutdu.
Layihə çərçivəsində seçilmiş 70 fəal qız tələbəyə velosipedlər təqdim olunub. Həmin tələbələr sentyabr ayından start götürmüş seçim turundan etibarən müxtəlif maarifləndirmə təlimləri, velosürüş kursları və turlarda iştirak edərək təkmiləşdiriliblər.

































