Mirşahin Ağayevin telekanalına lisenziya verilib

OXUNUB: 658 SOSİAL

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan İcmal.Az-a verilən məlumata görə, iclasda "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

MTRŞ-nin qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ("Real” TV) baş direktoru Mirşahin Ağayevdir.

İcmal.Az

RƏYLƏR