Sosial şəbəkələrdə Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin oğlu Nikolozın gürcü xəngəlini yemək qaydasını öyrətdiyi video yayılıb.
İcmal.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Mixail Saakaşvili özünün facebook səhifəsində məlumat verib.
"Oğlum Nikuşa beynəlxalq ingilisdilli auditoriyaya gürcü xəngəlini (xinkali) necə düzgün yeməyin qaydasını öyrədir" - deyə Saakaşvili bildirib.
O, sözügedən videonu da paylaşıb.
Videoda Nikoloz ingilis dilində izah edir ki, gürcü xəngəlini çəngəl-bıçaqla deyil, əllə yeyirlər.
"Xəngəlin başından tutub onu başıaşağı çevirirsiz, azca dişləyirsiz və əvvəlcə içindəki suyu sorursuz, sonra isə başındakı xəmirə qədərki hissəsini yeyirsiz" - deyə Nikoloz bildirib.