Model qızlar yaralı buğalara "döndülər" - VİDEO

OXUNUB: 896 MARAQLI

"Britain's Next Top Model" teleşousunun iştirakçıları PETA təşkilatının yeni layihəsinə qatılıblar.

İspaniyada keçirilən korridalara etiraz aksiyası çərçivəsində hazırlanan yeni videokampaniya üçün çəkilən modellər "qan içindəki qurban" obrazını yaradıblar.

22 yaşlı Ayvi Uotson və 20 yaşlı Luiza Nortkout bədənlərində qırmızı boya ilə "qan" effekti yaradaraq yerə uzanmış, yaralı, banderilya ilə vurulmuş "buğa"lar olublar.

İspaniyadakı korridalarda toreadorlar və matadorlar arenada buğaları çılğına döndərmək üçün onları iti uclu banderilyalarla yaralayırlar./milli

İcmal.Az

 

Model qızlar yaralı buğalara

RƏYLƏR