Monteneqronun xarici işlər naziri Azərbaycanda səfərdədir

OXUNUB: 703 SİYASƏT

Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç Azərbaycanda rəsmi səfərdədir.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) İcmal.Az-a verilən məlumata görə, 1-2 noyabr tarixlərində ölkəmizdə rəsmi səfəri zamanı S.Darmanoviçin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

XİN-də keçiriləcək görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

 

İcmal.Az

RƏYLƏR