Moskvada Elmar Məmmədyarovun həmsədrlərlə görüşü keçirilir

OXUNUB: 680 SİYASƏT

Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun  ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü başlayıb. 

İcmal.Az-ın APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, mətbuata qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylər və nazirlər arasında görüşün mümkünlüyü müzakirə olunur.

Qeyd edək ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir. 

İcmal.Az

RƏYLƏR