"Moyka"da işləyən oğlan onu ələ salan sevgilisini öldürdü

OXUNUB: 706 DÜNYA
Rusiyanın 34 yaşlı xizəkçisi İrina Kozlova sevgilisi tərəfindən öldürülüb.
 
Onu Evqeni Markov adlı sevgilisi qətlə yetirib. Evqeni idmançı qadını onu ələ saldığına görə öldürdüyünü etiraf edib.

Belə ki, avtoyumada işləyən Evqeni İrinaya özünü iş adamı kimi təqdim edib. Bir müddət sonra isə İrina Evqeninin "moyka"da işlədiyini öyrənib və onu lağa qoyub. Bundan qəzəblənən Evqeni İrina üçün "sürpriz" hazırlayıb və aldadıb gətirdiyi yerdə kürəyindən 88 bıçaq zərbəsi vuraraq öldürüb./sonxeber
 
 
İcmal.Az

RƏYLƏR