7NEWS.az xəbər verir ki, BDU Qazax filialında "Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə tələbələrin iqtisadi biliklərini artırmaq və onların maliyyə savadlılığını inkişaf etdirmək məqsədilə "Müasir yatırım imkanları” mövzusunda seminar keçirilib. Tədbir filialın rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirakı ilə baş tutmuşdur.
"Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin tədris üzrə baş mütəxəssisi, iqtisad üzrə fəlsəfə doktoru Rövşən Məmmədov "Birjada qiymətin dəyişməsindən necə qazanmaq olar ? ” mövzusunda, şirkətin maliyyə məsləhətçisi Rəşad Mustafayev isə "Bitcoin haqqında məlumat” başlıqlı təqdimatla çıxış edib. Seminar çərçivəsində tələbələrə maliyyə bazarının funksiyaları, investisiya imkanları, risklərin idarə olunması, qiymətli kağızların alqı-satqısı və iqtisadiyyatdakı rolu barədə ətraflı məlumat verilib.
Seminarın sonunda sual-cavab oldu. İştirakçılara tədris kurslarında iştirak üçün 10%, 4 nəfərə 20% və 3 nəfər xüsusi fərqlənənlərə 50% endirim elan olundu.
Filialda hal-hazırda 1750 tələbə təhsil alır və gələcəkdə seminarların bütün heyət üçün mütəmadi keçirilməsi təşəbbüsünü irəli sürüldü.
İştirak etmək istəyənlər çox olsada yer məhdudiyyəti ilə əlaqədar 55 nəfər iştirak etdi.

























