Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müavininin həbsindən sonra ağır stres keçirib.
Məlumata görə, hazırda Süleyman Mikayılov özünün də həbs olunacağı qorxusu ilə yaşayır.
O, baş verənlərə aydınlıq gətirmək üçün himayədarı olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbulunda olub, ondan kömək istəyib.
Kəmaləddin Heydərov isə Süleyman Mikayılova hazırkı vəziyyətin reallığını izah edərək, heç bir ümidverici vəd verməyib. Maraqlı orasıdır ki, can qorxusu keçirən icra başçısı nədən prezidentə deyil nazirə sığınıb!?
Qeyd edək ki, ötən həftə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat zamanı Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib. /demokrat.




















