Müdafiə naziri Zakir Həsənov Bakının Yasamal ərazisində 20 milyonluq villa tikdirib. Anaxeber.infio məlumat verir ki, bu ittihamı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu səsləndirib. GAP sədri Laf TV-nin canlı efirində bildirib ki, "N” saylı hərbi hissə sökülüb, ərazisi özəlləşdirilib və yerində müdafiə naziri özünə bahalı malikanə ucaldıb. Partiya rəhbəri o cümlədən general Rövşən Əkbərovun Ukraynadakı biznesindən, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun villasından danışıb. A.Şakiroğlu həmin villanı göstərməyə hazır olduğunu bildirib. Partiya sədri proseslərin gedişində Z.Həsənovun vəzifəsindən azad olunacağını ehtimal edib. Onun sözlərinə görə, müdafiə naziri bir hərbi hissəni 4 dəfə təmir etdirib, hər dəfə açılışını edib: "Pul silinib, ölkə rəhbərliyi aldadılıb. Faktiki 5-6 milyon yuyulub. Bu vəsaitləri Orduya, hərbçilərimizin ehtiyaclarına, silahlı qüvvələrin hazırlıq səviyyəsində xərcləmək olardı. Deyirdilər ki, vəzifədən çıxarılandan sonra tənqid edirsiniz. İndi fakt Zakir Həsənov vəzifəsi başındadır, tənqid edirik”. Bu iddialarla bağlı MN-nin mövqeyini dərc etməyə hazırıq./Anaxeber.infio
Müdafiə naziri 20 milyonluq villa tikdirib? - Şok açıqlamalar/Video
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıtda kuryoz hadisə - Bu obyekt kimindir? - VİDEO
03.04.2026, 14:28 / HADİSƏ -
Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
02.04.2026, 13:38 / HADİSƏ -
İdarə rəisi Qafar Ağayev agackəsiminə hansı şərtlərlə razılaşır?
01.04.2026, 12:26 / HADİSƏ, İQTİSADİYYAT -
Yanan yaxtalar ona məxsus imiş
22.03.2026, 20:00 / HADİSƏ -
Kəmaləddin Heydərovun həbs etdirdiyi iş adamı kimdir? – DETALLAR
18.03.2026, 13:06 / HADİSƏ -
Bakıda 60 manata əl enerjisi ilə "müalicə" - "Bİ ES VİP"də qalmaqallı görüntülər (VİDEO)
13.03.2026, 16:38 / HADİSƏ -
"Azərsığorta"nın sədr müşavirinin yüz minlik maşınından 45 min oğurlandı
12.03.2026, 10:43 / HADİSƏ -
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
SOSİAL Hilton Baku Hoteldə beynəlxalq təhsil sərgisi keçiriləcək: QEYDİYYATDAN KEÇMƏYƏ TƏLƏSİN!
-
HADİSƏ Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR: Tovuzun birinci müavini müxalifətin informatorudur?
-
HADİSƏ 240 min vergi borcu, ölüm və koma qalmaqalları… – “MedAura” klinikası adını niyə dəyişir?























