Müdafiə Sənayesi Nazirliyinin poliqonunda hərbi sursat partlayıb

OXUNUB: 519 HADİSƏ

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Şirvan Araz Zavodu” MMC-nin poliqonunda hərbi sursat partlayıb.

Bu barədə İcmal.Az-a nazirlikdən məlumat verilib.

"Sınaq zamanı 60 mm-lik minaatan partlayıb. Bir nəfər - Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər həyati qorxusunun olmadığını bildiriblər", - məlumatda qeyd edilib.

İcmal.Az

RƏYLƏR