Müəllim direktorla kabinetdə əxlaqsızlıq etdi - ABŞ "macərası" - FOTO

OXUNUB: 636 MARAQLI

ABŞ-ın Nyu-York şəhərinin Kuins səmtində, Qrinponytda "Robert Wagner Secondary School of Arts and Technology"nin ingilis dili müəllimi Enni Şmutz Seyfulla işdən qovulub.

Səbəb onun məktəbdə direktorla əxlaqsız hərəkətlər etməsidir. "Məşuq"lar direktorun otağında dəfələrlə cinsi əlaqədə olublar. Bu azmış kimi Enni Seyfulla direktorun otağında çılpaq və yarıçılpaq vəziyyətdə fotolar çəkib.

Həmin fotolar sosial şəbəkələrdə yayılıb.

Enni Seyfullanın dediyinə görə, fotoları yayan şəxs onun sabiq əri Yəhya Seyfulladır.

Fotolar arasında E.Seyfullanın direktorun iş kabinetində "sevgilisi" direktorla yanaşı, daha bir kişi ilə "eşq" anlarının əks olunduğu şəkillər də var.

""Robert Wagner Secondary School of Arts and Technology"nin Valideynlər və Müəllimlər Assosiasiyasının rəhbəri Robert Sofianın dediyinə görə, E.Seyfulla ömürlük olaraq təhsil sistemindən kənarlaşdırılmalıdır.

 

Lakin E.Seyfulla işdən qovulandan az sonra Bronks səmtindəki "Automotive HS" məktəbində işləməyə başlayıb.

"Alçaldıldım, həyatım puç oldum. Sabiq ərimin qisasına inananlar karyeramı darmadağın etməyə çalışırlar. Təhsil Departamenti məni müdafiə etmək əvəzinə, az qala küçə qadını kimi qələmə verdi", - E.Seyfulla deyib.

7 yaşlı oğul anası olan E.Seyfulla fotoların gerçək olduğunu desə də, müəllim karyerasından əl çəkmək niyyətində deyil. O, insan hüquqlarının və vətəndaş haqlarının pozulduğunu vurğulayıb./milli

Müəllim direktorla kabinetdə əxlaqsızlıq etdi - ABŞ

Müəllim direktorla kabinetdə əxlaqsızlıq etdi - ABŞ

İcmal.Az

RƏYLƏR