Müharibədən sonra Rusiyanın Avropa İttifaqına ixracı 68 faiz artıb

OXUNUB: 450 Özəl İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, Ukraynanın 24 fevralda başlayan işğalının ilk üç ayında Avropa İttifaqının Rusiyaya ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azalsa da, Rusiyadan Avropa İttifaqının 27 ölkəsinə ixracat həcmi 68 faiz artıb.  Avropa Statistika İdarəsinin (Eurostat) dərc etdiyi son hesabata görə, mart-iyun ayları arasında Aİ-dan Rusiyaya 15,32 milyard avro ixrac edilib. Ötən ilin eyni dövründə bu rəqəm 30,5 milyard avroya yaxın olub. Digər tərəfdən, eyni dövrdə Rusiyadan Avropa İttifaqına ixrac təxminən 80 milyard avroya çatıb. 2021-ci ilin mart-iyun ayları arasında bu rəqəm 47,45 milyard avro təşkil edib.

7NEWS.az

RƏYLƏR