Murovun silsilə dağlarının yolu ilə uzun illərdən sonra işğaldan azad olunan Kəlbəcər gedirik. 7NEWS.az- xəbər verir ki, yol boyu bizi Murov yüksəkliyində 44-günlük Vətən müharbəsinin izləri qarşılayır. Kəlbəcərin işğaldan azad olunması məhz bu dağlardan gedən döyüşlərdən sonra mümkün olub. Murovun ən hündür zirvəsinə çatırıq. Dəniz səviyyəsindən 3260 metr yükləklikdə olan Ömər aşırımına. Bu Ömər aşırımı ki, burada Azərbaycan hərbiçilərinin qəhamanlıq dastanı yazılıb. Buradan artıq Kəlbəcərə yol başlayır. Dumanlı dağların əhatəsindən keçərək Kəlbəcərə daxil oluruq. Yol boyu qarşımıza erməni vəhşliyinin izləri çıxır. Dağıdılan, yağmalanan azərbaycanlıların evləri. Mina təhlükəsi olduğundan ancaq nəzərdə tutulan cığırla hərəkət edirik. Gördüyümüz mənzərə bir daha ondan xəbər verir ki, düşmən 30-ilə yaxın var olan hər şeyi məhv edib, oğrulayıb, talan edib. Nəhayət rayon mərkəzinə çatırıq. Erməni vandalizmi, ermənilərin çirkin xisləti Kəlbəcərin mərkəzində özünü daha aydın şəkildə göstərir. Burada heç bir tikili qalmayıb. Ermənilər kəlbəcərlilərə məxsus bütün evləri yandırıb. Hələki, çox az sayda kəlbəcərli vətəninə qayıdıb. Bu insanlar artıq təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Erməni vandalizminin mənzərəsi nə qədər ağır olsa da bu gün bizlər qürurluyuq. Çünki artıq bu torpağın taixi sahibləri qayıdır. Tarixi vətən torpağımız düşməndən azad olunub. Ali Baş Komandanın dəmir yumruğu, hərbiçilərimizin şücaəti sayəsində erməni zülmünə son vermişik. Bundan sonra Kəlbəcərdə həyat başlayacaq. Bizlər bir ömür öz torpaqlarımızda yaşayacayıq.





























