Muxtar Babayev bu MMC-yə uduzdu: MƏHKƏMƏ PROTOKOLU LƏĞV ELƏDİ

OXUNUB: 348 Özəl İQTİSADİYYAT
Nərimanov Rayon Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Dostluq LTD” Şirkəti barəsində tərtib etdiyi inzibati protokolu ləğv edib. 

Nazirlik şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1 (Yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi) və 239-cu (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması) maddələri ilə inzibati protokol edib. 

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Hakim şirkət barəsindəki inzibati iş üzrə icraata xitam verib.

237.1-ci maddədə vəzifəli şəxslərin 2000 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslərin 7500 manatdan 10000 manatadək məbləğdə, 239-cu maddədə isə vəzifəli şəxslərin 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslərin 8500 manatdan 10000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

RƏYLƏR