Müxtəlif ölkələrdə qadınların gözəllik anlayışları

OXUNUB: 1044 MARAQLI DÜNYA

Qadınlar  daima gözəl görsənməyə can atıb, lakin gözəllik haqqında anlayışları ölkədən ölkəyə fərqlənir.

Dünyanın müxtəlif künclərində qadın gözəlliyinin idealları  və bəzənməyin üsulları fərqlənir.

Uzun boyun

Padaunq xalqının qadın nümayəndələri "gözəllik qurban tələb edir" kəlməsni gözəl anlayır.Bu qəbilədən olan qadınlar hələ 5 yaşından boyunlarına eni 1 sm olan latundan dəmir xalqalar asır.Yaşları artdıqca, halqalarında sayı artır.Belə ki, ahıl yaşında olan qadınalrın boynu hündürlüyü 30 sm olan halqalarla "bəzədilə" bilər.

Mövcud versiyalardan birinə görə, bu ənənənin yaranam səbəbi müdafiə olunmaqdır. Tarixən, padaunq qəbiləsi müasir Myanma və Tyalandın dağlıqərazilərində yaşayıb. Qəbilənin kişiləri ov üçün kəndi tərk edəndə, müdafiəsiz qalan qadınlar pələnqlərin hücumların qurbanına çevrilə bilərdi. Beləliklə, xalqalar vəhşi heyvanalrdan müdafiə olunmaq üçün bir növ zirehə çevrilirdi. Baxmayaraq ki, indi bu ərazilərdə pələnqlər yaşamır, boyun və ayaqları xalqalarla örtmək ənənəsi qalıb. Bundan əlavə, padaunq qadınların qənaətinə görə, onların kişilərinə uzunboyunlu qadınlar xoşlarına gəlir və xalqaları olan qızın ərə getməyə şansı daha çox olur.

Uzun dodaq

Həbəşistan qəbiləsi olan mursinin qızları bəzənmək üçün daha radikal üsullara əl atır. Onlar  aşağı dodaqlarını dairəvi disk vasitəsilə aşağı dartır. Qızın 15-18 yaşı olanda, onun anası ya diqər bir qadın qızın aşağı dodağını biçaq və ya ox ilə kəsir və oraya taxta yerləşdirir. Sonra taxtanı gildən yaxud taxtadan hazırlanan balaca boş qab ilə əvəzləyirlər. Vaxt keçdikcə, boşqab daha böyüyü ilə əvəzlənir. Bəzən bu "bəzəklərin" diametri 12-15 sm çata bilər! Disk aşağı dişlərə təyziq göstərməməsi üçün, onları sadəcə çıxarırlar. Hamısını yox, 2-4 kəsici dişləri. Bir sözlə, diski yemək yaxud yuux zamanı çıxarmaq olar. Hesab edilir ki, diskin ölçüsü böyük olduqca,onun qadının sosial statusuda böyüyür.Buna görə də, gəlinə verilən başlığında məbləğidə böyük olacaq. Lakin mursi qəbiləsini qızları boşqab ilə "təltif" olunandan qat-qat əvvəl ərə gedir. Bundan əlavə, boşqab qadının yaşınında göstəricisidir: boşqab genişdirsə, qadın daha yaşlıdır./oxu

 

İcmal.Az

RƏYLƏR