Nadir erməni qıza əsəbiləşdi - video

OXUNUB: 1077 ŞOU-BİZNES

Müğənni Nadir Qafarzadə erməni vizajistə əsəbiləşib.

 Anjelika Abramyan adlı erməni qız "Maral” mahnısının erməni dilində oxunan versiyasını səsləndirib və rəqs edib. Vizajit kimi fəaliyyət göstərən Anjelika görüntünü İnstaqram səhifəsində paylaşıb və "Maral”ı erməni mahnısı adlandırıb:

"Sizin istəyinizlə erməni mahnısı. Oxuyur Tiqran Asatryan, "Tanem-tanem"...".

Onun paylaşımını səhifəsində yerləşdirən Nadir qəzəbləndiyini bildirib:

"Utanmaz-utanmaz yazıb ki, erməni xalq mahnısı. Oğurluq bunların alnına və taleyinə yazılıb. Bu, sizin mahnınız deyil, türk xalq mahnısıdır”.

Abramyanın paylaşımına azərbaycanlı istifadəçilər də şərh yazıb və onu oğurluqda ittiham ediblər.

RƏYLƏR