Son günlər virtual aləmdə - sosial şəbəkələrdə Əli Kərimli və onun xarici ölkələrə səpələnən və oradakı Azərbaycan əleyhinə olan maraqlı dairələrin ssenari və maliyyə dəstəyi ilə bir qrup virtual söz pəhlavanları "fəallaşmağa” başlamışlar. 2018-ci ilin ölkəmiz üçün tarixi və önəmli il olduğunu anlamayan bu zavallı təbəqə qarşılarına yalnız bir məqsəd qoyublar – nə olur olsun, bu il Azərbaycanda keçiriləcək prezident seçkilərini pozmaq, ölkəmizin siyasi, iqtisadi, mədəni və təhlükəsizlik baxımından stabil və etibarlı tərəfdaş imicinə zərbə vuran addımlar atmaq. Artıq bu istiqamətdə söz pəhlavanları öz qarayaxma, təhqir və qara rəngli qatıq siyasətlərini sosial şəbəkələr, xüsusilədə, youtube və facebook üzərindən yaymağa başlayıblar.
Avropa ölkələrində erməni və mənşəyi bilinməyən digər mənbələrin dəstəyi ilə xəyali,üfüqdə belə görünməyən arzular quran bu virtual qəhramanlar saxta profillərlə doldurduqları qrup, səhifə və digər internet resurslarında saxtalaşdırılmış, insanları aldadan məlumatlar yaymaqları azmış kimi, əks arqument, fakt və rəylər bildirən şəxsləri və hətta böyük bir toplumu – müəllim, həkim və digər fəal qrupları belə aşağılamaqla məşğuldurlar. Müəllim təlim-tərbiyəsindən və məktəb ənənəsindən kənarda qalmış bu zatlar bir yandan güya bu insanlara, onların əməklərinə, sosial durumlarına acımalarını yazırlar, digər tərəfdən isə onların seçki prosseslərində iştiraklarını öz ampulalarına uyğun manipulyasiya edərək, bu şərəfli, müqəddəs peşə sahiblərini açıq-aşkar təhqir edirlər. Guya bu canfəşanlıqları ilə müəllimləri "öz tərəflərinə” çəkib, hökumətə "asi” salacaqlarını düşündükləri an bunun bumeranq şəkilində özlərinə qayıdacaqlarını görməlidirlər.
20 yanvar ümumxalq hüzn günündə nizam-intizamlı şəkildə, hamı kimi anım ziyarəti gerçəkləşdirmək əvəzinə prospekt boyunca siyasi şou düzəldən Əli Kərimli və onun dəstəsi bunu öz internet resurslarında fake formada tirajlamaqdadır. Bu naftAlin iyi verən qaragüruh qanlı faciəyə əliyalın xalqı necə sürükləmələrini, həmin gecə "liderlər” olaraq qaçıb müxtəlif evlərdə gizlənmələrini, sonradan zəlzələdən və ya vəlvələdən hakimiyyətə gəldikləri vaxt 20 yanvarla bağlı bir siyasi və hüquqi addım atmamalarını ört-basdır etmək üçün uydurma dastanlar yayırlar. Ümummilli Lider Heydər Əliyevin həmin dövrdə Moskvada demək olar ki, ev dustağı olduğu halda belə bütün maneələri aşaraq Azərbaycan nümayəndəliyinə gələrək, dünyaya öz etiraz səsi ilə SSRİ rəhbərliyinin xalqımıza yaşatdığı bu faciədə qanlı əlinin olduğunu söyləməsi cəsarətinin 1%-i belə sizlərdə olmadı. Utanmaz şəkildə Ulu Öndərə "bu faciədə iştirak edən və ondan istifadə edən şəxs” kimi çamur atan bu virtual söz pəhlavanları çiynənmiş sözlərlə öz savadsızlıqlarını belə ortaya qoymuş oldular. Hazırladıqları materialda Heydər Əliyevin Azərbaycanda (Kommunist Partiyası MK-nin baş katibi deyirlər) və Moskvada (SSRİ Nazirlər Sovetinin I müşaviri deyirlər) daşıdığı vəzifələri belə düzgün müəyyən edə bilməyən bu zavallılar Qorbaçov, onun ətrafındakı erməni çetesinin Bakıya göndərdikləri və Ulu Öndərin keçmiş fəaliyyətini "təftiş edən” dəstənin saxta dosyelərini öz ilham mənbələri sayırlar. Hakimiyyətə gəldikdən sonra 20 yanvar haqqında bir kəlmə belə danışmayan AXC rəhbərliyi haqda yalnız öz ağalarından eşitdikləri boş-boş nağıllara uyan bu "avropasayağı pluaristlər” yalan informasiyalar paylaşmaq əvəzinə Heydər Əliyevin qanlı faciəyə qısa bir müddətdə verdiyi siyasi-hüquqi qiyməti öyrənsinlər.
Bu virtual qəhramanlıq meydanında maraqlı bir nüans var. NaftAlinlər boş, havadan-sudan bir mövzu atırlar ortaya və öz pəhlavanlarını canlı bağlantıya qoşurlar, ama burada alternativ və tutarlı fikir bildirənləri blok edir, təhqirlərə məruz qoyur və yeni kəşf etdikləri "troll” adlandıraraq, bolşevik təfəkkürü ilə "bizimlə deyillərsə, bizdən deyillər” prinsipini tətbiq edirək aciz, savadsız və carəsizliklərini göstərirlər.
İdeya və proqram qıtlığı yaşayan bu facebook və youtube qəhramanları yenə umumi naftAlin iyi verən mövzular (işsizlik, siyasi, sosial-iqtisadi və s.) ortaya ataraq özlərini "hərşeyşünas” kimi göstərirlər. Təsəvvür edin işsizlikdən danışırlar, işə qəbulun "rüşvət və daydayla” olduğunu yazırlar, əks arqument olaraq isə işə qəbulun şəffaf testlə, müsabiqə və müsahibə ilə olduğunu anladırsan və buna hazırlaşan hər bir şəxsin müvəffəq ola biləciyini vurğulayırsan, ama çifayda kimə deyirsən, kor tutduğunu buraxmayan kimi bunlarda öz ampulalarında qalırlar. Aqrar sahəyə "girişən” bu söz dəllaları görün necə bisavad rəqəm açıqlayırlar – guya dövlətin pambıqçılığa qoyduğu yatırım, sərmayə yığılan pambığın maliyyə dəyərindən azdır. Ay kitabdan, məktəbdən uzaq olan, "sapılcaya tapanca” deyən naftAlinçilər, əvvala bilməlisiz ki, dövlət aqrar sahəyə, fermerlərə yatırımı, dotasiya və dəstəyi 1 illik göstərmir ki, bu xərc də bir ilə qaşılansın. Dövlət dəstəyi strateji hədəflərə yönəlir və fermerlərdə stimul yaradır ki, növbəti illərdə daha geniş areal əhatə etsin. Belədə olmuş 2016-cı ildə 100 min ton pambıq tədarük edilmişdisə, 2017-ci ildə bu rəqəm 220 min tona qalxmışdır. Digər aqrar, xüsusilədə texniki bitkilər sahəsində də artım il-ildən özünü göstərməkdədir. Bunları bilməlisiniz facebook, youtube uşaqları, day söz xatirinə söz deməklə yox. Əmək haqqından, sığorta sisteminin yoxluğundan dəm vuran bu virtual pəhlavanlara ölkədə rəsmi olaraq orta aylıq əmək haqqının 526 AZN olduğunu, pilot olaraq başlanan və 2019-cu ildən respublika üzrə tətbiqinə başlanacaq sığorta sistemini açıqlayırsan, yenə başlayırlar yalan-palan söz yığnağına. Bu yerdə deyiblər aşığın sözü qurtaranda "dalay-dalay” deyir.
Bunları yazanda ani olaraq 2017-ci ilin iyun ayında baş vermiş bir hadisəni də sizlərlə bölüşmək istəyirəm ki, bu "Avropa uşaqlarını” yaxından tanıyasınız. Keçən ilin iyunun 20-25 tarixlərində beynəlxalq layihəmiz olaraq "Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətləri” adlı beynəlxalq konfrans keçirmək və əcnəbi siyasilərlə görüşüb müzakirə aparmaq üçün Bakı-İstanbul-Brüssel aviareysi ilə Belçikanın paytaxtına gedirdik. Bizimlə eyni vaxtda bu "Conun dostları”nın da bir qismi oraya yollanırdı. Bizdən nə məqsədlə Brüsselə getdiyimizi soruşduqda yuxarıda qeyd etdiyim mövzudakı amacımızı, niyyətimizi çatdırdım. Mən də bunlardan bəs siz hansı məqsəd üçün bu "Avropanın paytaxtı”na gedirsiz sorduğumda "urəkli şəkildə” Azərbaycanı, hakimiyyəti yıxıb-sökməyə cavabını eşitdikdə şəkililər demişkən matım-mutum qurudu. Bax budu bu naftAlin iyi verənlərin iç üzləri, məqsədləri.
Asif Əsgərli
Azərbaycan Demokratik Tələbə Gənclər

























