Narkokartellərin həyatını cəhənnəmə çevirib – İtin başına 200 milyon mükafat qoyuldu

OXUNUB: 454 MARAQLI

Kolumbiyada narkotiklərin çatdırılması və satışı üzrə ixtisaslaşan cinayətkar qruplaşma "Kabus” ləqəbli polis itinin həyatı üçün 200 milyon peso (Kolumbiya pesosu ölkənin milli pul vahididir, təxminən 70 min ABŞ dollarına bərabərdir –red.) mükafat təyin edib.

Bu haqda "Tvnotas” portal bildirib.

Mükafatı "Körfəz klanı” qruplaşmasının lideri Dario Usuqa təyin edib. Məlumata görə, o, hüquq-mühafizə orqanlarının qruplaşmanın planları haqqında informasiya almasından sonra belə bir qərar verib. Polis qruplaşma ilə mübarizə çərçivəsində "Kabus”un paytaxt Boqota aeroportuna köçürülməsi barədə qərar qəbul edib.

Qeyd edilir ki, "Kabus” ərzində narkokartellərə qarşı aparılan əməliyatların gedişatında təxminən 9 ton kokain aşkar edib və cinayətkarlar üçün həyatə xeylu çətinləşdirib./publika

 

İcmal.Az

RƏYLƏR