NATO Türkiyədən narazıdır

OXUNUB: 609 DÜNYA

NATO-nun Hərbi Komitəsinin rəhbəri Petr Pavel bəyan edib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması alyansda böyük narahatlıq doğurur.

Onun sözlərini Breaking Defence nəşri sitat gətirir.

Petr Pavel hesab edir ki, S-400 kompleksləri NATO texnologiyaları ilə uyğunlaşmır:

"Bu səbəbdən Rusiya zenit-raket kompleksləri alyansın ümumi hava hücumundan müdafiə sisteminə inteqrasiya edilməyərək ayrıca istifadə olunacaq”.

O həmçinin qeyd edib ki, əsas problem NATO-nun Türkiyədəki hərbi infrastrukturu barədə məlumatların Rusiya sistemlərində saxlanılmasıdır.

Petr Pavelin fikrincə, bu məlumatlar Rusiya rəhbərliyinə ötürülə bilər.

İcmal.Az

RƏYLƏR