Naxçıvanda Mingəçevir Dövlət Universitetinin təşkilatçılarından biri olduğu süni intellektə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb

OXUNUB: 0 SOSİAL
2025-ci ilin 30 oktyabr tarixində Naxçıvan Dövlət Universitetində (NDU) "İnkişaf və İnnovasiya: Süni İntellekt və Maşın Öyrənməsi” adlı I Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb. NDU-nun ev sahibliyi və əsas təşkilatçılığı ilə keçirilən konfransın təşkilatçıları arasında Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU), Özbəkistanın Daşkənd Texniki Universiteti, Macarıstanın Corvinus Budapeşt Universiteti, Malaziyanın Asiya Pasifik Universitetinin, Türkiyənin Düzcə Universiteti, Pakistanın Milli Elmlər və Texnologiyalar Universiteti və digər tərəfdaş ali təhsil müəssisələri yer alıb.

Konfransın açılış mərasimi Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən bütün Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tədbiri NDU-nun rektoru Elbrus İsayev açaraq konfrans iştirakçılarını salamlayıb. O, son illərdə süni intellekt, rəqəmsallaşma və innovativ texnologiyalar sahəsində həyata keçirilən dövlət strategiyalarının ali təhsil sisteminə yeni inkişaf imkanları qazandırdığını vurğulayıb və beynəlxalq elmi əməkdaşlığın güclənməsinin region universitetlərinin qlobal elmi məkana inteqrasiyasında xüsusi rol oynadığını qeyd edib.

Ardınca AzTU-nun rektoru professor Vilayət Vəliyev, Düzcə Universitetinin rektoru professor Nedim Sözbir və digər tərəfdaş universitetlərin nümayəndələri çıxış edərək konfransın elmi və akademik əhəmiyyətini yüksək dəyərləndiriblər.

Açılış mərasimində çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov MDU-nun region universiteti kimi elmi potensialının artmaqda olduğunu, xüsusilə qardaş Türkiyənin nüfuzlu universitetləri ilə imzalanan yeni əməkdaşlıq protokollarının universitetin beynəlxalq əlaqələrinin gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib. Rektor qeyd edib ki, MDU son dövrlərdə yalnız beynəlxalq akademik mühitdə aktiv iştirak etmir, həm də sənaye ilə universitet arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində strateji təşəbbüslər həyata keçirdiyini bildirib və bu baxımdan cari ilin 24 oktyabr tarixində MDU-nun təşkilatçılığı ilə keçirilmiş "Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”in ölkədə universitet–sənaye əməkdaşlığı modelinin inkişafı üçün mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb. A. Eminov vurğulayıb ki, bu kimi beynəlxalq konfranslar region ali məktəblərinin elm və innovasiya mərkəzinə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Rəsmi hissədən sonra konfrans öz işini plenar və 4 bölmə iclası ilə davam etdirib. Süni intellekt və maşın öyrənməsi sahəsində müxtəlif ölkələrdən olan alimlərin təqdimatlarında texnoloji yeniliklər, sənayedə tətbiqlər, rəqəmsal təhlükəsizlik, generativ süni intellekt modelləri, etik və sosial təsirlər kimi mövzular müzakirə olunub.

Hibrid formatda təşkil olunmuş konfransda MDU rektor A.Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Konfransda 13 ölkədən ümumilikdə 135-dən çox elmi məqalə daxil olub. Məqalələr Azərbaycan, Türkiyə, Belarus, Hindistan, Özbəkistan, Qazaxıstan və Pakistan kimi ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrinin müəllifləri tərəfindən təqdim olunub. Məqalələrdə həm mühəndislik və kompüter elmləri, həm də iqtisadiyyat və idarəetmə üzrə aktual tədqiqat mövzuları əhatə olunub.

İki gün davam edəcək beynəlxalq tədbirin sonunda sertifikatların təqdim olunması və müzakirə nəticələrinin yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, MDU son illər beynəlxalq elmi əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi, region ali təhsil məkanında innovativ modelin formalaşdırılması və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi istiqamətində ardıcıl və strateji fəaliyyətini davam etdirir.
 
Возможно, это изображение отдел новостей, помост и текст
Возможно, это изображение один или несколько человек и помост
 Возможно, это изображение текст

Возможно, это изображение помост и текст
Возможно, это изображение текст
Возможно, это изображение один или несколько человек и текст
Возможно, это изображение текст
Возможно, это изображение текст
Возможно, это изображение один или несколько человек
Возможно, это изображение больница
Возможно, это графический образ (‎текст
Возможно, это изображение один или несколько человек и текст
Возможно, это изображение текст
 
 
 

RƏYLƏR