Naxçıvanda qalmaqal - İşçiləri naziri döyüblər?

OXUNUB: 0 HADİSƏ
"Naxçıvan Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyində bir neçə gün əvvəl tarixə düşəsi dava-qalmaqal qeydə alınıb. Nazirliyin Bəybəla adlı bir şöbə müdiri tabeçiliyində olan bir xanım işçisinə qarşı kobudluq edib”.

Bunu əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz bildirib.

Onun sözlərinə görə, həmin xanımın həyat yoldaşı bunu eşidib nazirliyə hücum çəkib: pizza sifarişi

"Çıxan böyük qalmaqalı yatışdırmaq üçün Naxçıvanın Daxili İşlər Nazirliyinin əməkdaşları hadisələrə müdaxilə edib. Polislər nazirliyi tərk edəndən sonra hələ 6 aylığını doldurmayan təzə nazir Rafael Quliyev işçilərini iclasa toplayıb danlamağa başlayıb. İşçilərə deyib ki, rəhbərlik ondan bütün işçiləri qovmağı, yerlərinə Bakıdan mütəxəssis gətirməyi tələb edir. O isə guya, humanizm nümayiş etdirib heç kimə toxunmur. Bunun qarşılığında isə işçilər ona hörmət etmir, bu cür insidentlər törədirlər. Odur ki, hər kəs ərizəsini yazıb mürəxxəs olsun.

Görünür, təzə nazirin danlağının dozası çox olub. Bu da azmış kimi, işdən qovulduqlarını eşidən nazirlik əməkdaşları bu səfər nazirin özüylə qırğına çıxıblar. Hətta iddialara görə, nazirə də bir-iki şillə atıblar. Hadisəyə yenə polis qarışıb və nazir öz işçilərini Naxçıvan Muxtar Respublikası Prokurorluğuna şikayət edib. Prokurorluğun indi "günahkar”larla dədə-baba qaydası ilə iş apardığı iddia olunur”.

RƏYLƏR