Nazir: “Formula-1” yarışları ilə bağlı tədbirlər planı hazırlanır

OXUNUB: 755 SOSİAL

"Bakıda keçiriləcək "Formula-1” Azərbaycan Qran-Prisi yarışları ilə bağlı tədbirlər planı hazırlanır”.

İcmal.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, yarış keçirilən günlərdə nazirlik tərəfindən mədəni tədbirlər təşkil ediləcək: "Bizim müəssisələr daim çalışacaq, lakin düşünürəm ki, maraq kəsb edən tədbirlər "Formula-1”-in öz proqramında yer alıb”.

Nazir qeyd edib ki, həmin vaxt Dənizkənarı Milli Parkda təşkil olunacaq konsert proqramına gələcək xarici sənətçilərə insanların marağı daha çox olacaq. Bu da öz növbəsində ölkəyə gələcək turist sayının artımına öz təsirini göstərmiş olacaq.

İcmal.Az

RƏYLƏR