Nazir Məcnun Məmmədov Gəncə və Göygöldə elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub

OXUNUB: 212 Özəl İQTİSADİYYAT

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gəncə və Göygöldə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub. 
Nazir bölgəyə səfər çərçivəsində Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna və Respublika Süni Mayalanma Mərkəzinə baş çəkib, institutların fəaliyyəti ilə maraqlanıb, əməkdaşlarla görüşüb. 
Görüşlərdə institutların elmi-tədqiqat istiqamətləri, elmi-tədqiqat işlərinin icra vəziyyəti, institutların maddi-texniki bazasının təkmilləşdirilməsi, laboratoriyaların fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, tədqiqatların nəticələrinin təcrübədə tətbiqi məsələləri müzakirə olunub. 
Qeyd edilib ki, institutlarda aparılan tədqiqatlar, mövzu seçimləri aqrar sahədə dünyada mövcud olan trendlərə uyğun olmalı, institutlar öz elmi fəaliyyətlərini günün tələblərinə uyğun qurmalı, elmi müəssisələrlə özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir.
 















 

 

RƏYLƏR