Nazir Məcnun Məmmədov Salyanda vətəndaşları qəbul edəcək

OXUNUB: 237 Özəl İQTİSADİYYAT
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov dekabrın 22-də, saat 09:00-da Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-317-58-00) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı Mərkəzi”nə zəng etməklə də (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
 

RƏYLƏR