Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

OXUNUB: 209 Özəl İQTİSADİYYAT
"Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov üçüncü "Yüksəliş” müsabiqəsinin qalibləri  Faiq Hüseynov və Vüqar Mamedovla görüşüb.
Məcnun Məmmədov qalibləri təbrik edib və mentoru olaraq 1 illik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, potensiallarının üzə çıxarılmasına dəstək olacağını bildirib.
Görüşdə nazir müsabiqə qaliblərini Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün tapşırıqlar verib. Qaliblər isə yaradılan şəraitə görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürlərlərini bildirib və Mentorluq proqramı çərçivəsində nazir Məcnun Məmmədovun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini diqqətə çatdırıblar.
Xatırladaq ki, "Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.
 



 

RƏYLƏR