Nazirlərin üçtərəfli görüşü başladı

OXUNUB: 677 SİYASƏT

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilir.

İcmal.Az APA-ya istinadən xəbər verir ki,  görüşdə 3 ölkə arasında əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq və sonda birgə Bəyannamə qəbul olunacaq.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

İcmal.Az

RƏYLƏR