Nazirliyin gəmisi 20 min manata satılır - Alan yoxdur + FOTO

OXUNUB: 313 İQTİSADİYYAT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus olan və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən satışa çıxarılan gəmini heç kim almaq istəmir. 
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə məxsus olan "Nauçnıy” gəmisi son bir ildə dəfələrlə hərrac vasitəsilə satışa çıxarılıb. Hərrac növbəti dəfə 1 fevral tarixində baş tutacaq. 
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək növbəti hərracda 1986-ci il istehsalı olan gəminin ilkin start qiyməti 20 000 manat təşkil edir. Hərracda iştirak etmək istəyənlər 2 000 manat beh ödəməlidirlər.
Məlumat üçün bildirək ki, "Nauçnıy” gəmisi ötən ilin əvvəllərində 40 000 manatdan satışa çıxarılıb. Lakin satın alan olmadığı üçün qiymət avqust ayında 36 000, sentyabr ayında isə 30 000 manata düşürülüb. 
Ötən ilin 26 oktyabr tarixində baş tutan hərracda isə 20 000 nanata təklif olunub. Amma göründüyü kimi "Nauçnıy” gəmisini bu qiymətə də alan olmayıb./Yeniavaz.com
 
 7News.Az

RƏYLƏR