Məşhur türkiyəli aktyor Nejat İşler döyülüb.
İcmal.Az haberler-ə istinadla xəbər verir ki, aktyor onunla şəkil çəkdirmək istəyən xanım fanatının əri tərəfindən döyülüb.
Belə ki, aktyor onunla şəkil çəkdirmək istəyən fanatını geri çevirib. Fanatın sərxoş əri buna əsəbləşib və "sən mənim arvadımı niyə əsəbləşdirirsən?" deyərək aktyora hücum edib.
Dava edənləri yaxınlıqdakı şəxslər ayırıblar.
İcmal.Az


























