Nərmin Əfəndiyeva qanunsuz kazino reklam edir - VİDEO

OXUNUB: 56 HADİSƏ SOSİAL

Sosial şəbəkələrdə tanınan Nərmin Əfəndiyeva (tanınmış "Nərmin və Elnur” dueti ilə) son günlər sosial platformalarda qanunsuz onlayn kazinoların reklamını paylaşmaqda ittiham olunur. Paylaşılan videolarda o, izləyiciləri müxtəlif mərc saytlarına və ya şübhəli oyun platformalarına yönləndirir.

Məsələnin hüquqi tərəfi isə ciddi narahatlıq doğurur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, qanunsuz qumar və ya mərc oyunlarının təşkili və ya reklamı cinayət məsuliyyəti yaradır. Həmin maddəyə görə, belə fəaliyyətə görə şəxslər pul cəriməsi, ictimai işlər və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Ekspertlər bildirirlər ki, sosial şəbəkə fenomenlərinin geniş auditoriyaya təsir imkanları nəzərə alınmaqla, onların qanunsuz mərc oyunlarını təşviq etməsi ictimai təhlükə doğurur. Belə reklamlar xüsusilə yeniyetmə və gənclər arasında asılılıq, maliyyə problemləri və ailə münaqişələri kimi mənfi nəticələrə səbəb olur.

Hazırda hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı hər hansı araşdırmaya başlayıb-başlamadığı barədə rəsmi açıqlama verilməyib.

RƏYLƏR