Niderlandda kollecə hücum edəni tələbələr zərərsizləşdirib – VİDEO

OXUNUB: 605 DÜNYA

Niderlandda kolleclərdən birinin tələbələri bıçaqlarla silahlanmış şəxsi kollec ərazisindən qovublar. 

Bu barədə Omroepwest.nl portalı xəbər verir.

Hadisə ölkənin qərbində yerləşən Alfen-an-den-Reyn şəhərində baş verib. Adı çəkilməyən 44 yaşlı kişi Skala kollecinə tənəffüs zamanı  basqın edib, lakin gənclər ona müqavimət göstərib.

Kadrlarda görünür ki, tələbələr kütləvi şəkildə basqın edənin üzərinə hərəkət edir, onu yerə yıxır və bel çantası ilə ona zərbə endirirlər. Bundan sonra həmin adam hadisə yerindən qaçır.

Portalın verdiyi məlumata görə, şübhəli şəxs yaxalanıb, ondan iki ədəd böyük mətbəx bıçağı götürülüb. Polisdən bildirilib ki, kişi kollec yaxınlığında yaşayır.

Zərərçəkənlər barədə məlumat verilmir./oxu

İcmal.Az

RƏYLƏR