“Niyə kartımda nömrəni dəyişmək üçün Türkiyədən Bakıya uçmalıyam” - Müştəridən “Rabitəbank”a sual...

OXUNUB: 401 İQTİSADİYYAT BANK
Facebook sosial şəbəkəsində "Rabitəbank”dan müştəri şikayətlərinin daha da artdığı müşahidə olunur. Növbəti belə şikayət "Müştəriyəm Şikayətim Var” qrupunda Piruzə Quliyeva adlı bir istifadəçi tərəfindən paylaşılıb. Piruzə xanımın yazdığına görə, o, Bakıda olduğu müddətcə "Rabitəbank”ın kartından istifadə edib və göstərilən xidmətdən də həmişə razı qalıb. Müştəri Türkiyəyə gedənə qədər də bu məmnunluq davam edib.

Hazırda Türkiyədə yaşayan Piruzə xanım yazır ki, bir neçə ay öncə kartında qeydiyyatda olan nömrəsini dəyişmək istəyib və bununla bağlı "Rabitəbank”a müraciət edib. Müştəri qeyd edir ki, kartında Türkiyə nömrəsi deyil, Azərbaycan nömrəsini qeydiyyatdan keçirmək istəyib. Operatorlarla uzun müddət davam edən yazışmalardan sonra buna nail ola bilməyən Piruzə xanım araya tanış(?-red.) salaraq problemi həll eləməyə çalışıb və uzun çək-çevirdən sonra 3D security mesajları müştərinin yeni nömrəsinə gəlib. Lakin bu da az bir müddət davam edib.

Bankın Apple Pay tətbibi yeniləndikdən sonra mesajlar yenidən köhnə nömrəyə gedib və həmin mesajlar müştəri üçün əlçatmaz olub. Bankdan isə müştəriyə deyirlər ki, nömrəni yenidən dəyişmək üçün Bakıda "Rabitəbank”ın şöbələrindən birinə yaxınlaşmalıdır.

Müştəri isə haqlı olaraq sual edir: "Kart məndə, kartın sahibi mənəm, niyə sırf nömrə dəyişmək üçün mən banka gəlməliyəm? Özü də Türkiyədən uçaraq?”.
Qeyd edək ki, "Rabitəbank” Azərbaycanda müştəri məmnuniyyətini hər zaman əsas iş prinsipinə çevirən banklardan biri kimi tanınıb. İnanırıq ki, bankın mütəxəssisləri bu problemə aydınlıq gətirəcək və problemin həlli müştərilərinə üçün texniki imkanlar yaradacaq.

Oxucuların nəzərinə çatdırırıq ki, bundan əvvəlki materialda göstərilən iradlara münasibət öyrənmək üçün Rabitəbanka sorğu göndərsək də cavab almamışdıq. Bankın mediaya bu cür münasibət sərgiləməsindən sonar bu yazımızı Rabitəbanka sorğu göndərmədən tirajlamaq barədə qərar qəbul etdik. Bununla belə, KİV haqqında mövzud qanunvericiliyi rəhbər tutaraq, şikayətlə bağlı "Rabitəbank”ın mövqeyini dərc etməyə hazırıq... Rabitəbank bu qanuna qarşı hörmətsizlik etsə də …

pia.az

RƏYLƏR