Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, həmçinin Mədəniyyət komitələrinin üzvü, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü, hörmətli Nizami Səfərov Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin Fəxri üzvü seçilib.
Qan donorluğu mədəniyyətinin inkişafına verdiyi dəyərli töhfələrə, göstərdiyi yüksək diqqət və dəstəyə görə dərin minnətdarlığımızı bildiririk.
Cəmiyyətimizdə humanizm və həmrəylik prinsiplərinin gücləndirilməsinə yönəlmiş fəaliyyətinə görə hörmətli Nizami Səfərov qan donorluğunun inkişafı sahəsində göstərdiyi xüsusi xidmətlərə görə təltif olunub.
Təltif mərasimi Milli Məclisdə baş tutub. Tədbirdə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul, Mərkəzin icraçı direktoru Kamil Hüseynov və sədrin müşaviri Rizvan Niyazov iştirak ediblər.
Dərin hörmətlə,
Fuad Rəsul
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri



