Obamanın qızı Harvardda oxumağa başladı - VİDEO - FOTO

OXUNUB: 692 DÜNYA

ABŞ-ın sabiq prezidenti Barak Obamanın qızı Maliya Obama dünən Harvard Universitetində təhsilə başlayıb.

19 yaşlı Maliya Obama dünyanın ən nüfuzlu universitetlərindən birinin kampusunda yer də alıb.

Barak və Mişel Obamalar dünən Harvardda idilər. Onlar Maliyanın universitetdə qeydiyyatı, kampusda otaq alması və s. ilə bağlı işlərin çözülməsi ilə məşğul olublar.

Obamalar ailəsi dünən iki SUV tipli avtomobillə ABŞ-ın Massaçustes ştatındakı Kembric şəhərinə, Harvard Universitetinə yollanıblar. Onları ABŞ Məxfi Xidmətinin əməkdaşları olan zabitlər müşayiət edirdilər./milli.az

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Obamanın qızı Harvardda oxumağa başladı

RƏYLƏR