"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı müğənni Samir Cavadzadə olub.
İcmal.Az-ın məlumatına görə, ifaçı müğənni Nura Suri ilə aralarında baş verən qalmaqala aydınlıq gətirib:
"Bu məqsədyönlü ola bilər. Mən Ruslan (Proqramın əməkdaşı - red.) haqqında desəm ki, tənbəldi, telefon götürmür. Ruslana kim zəng vuracaq? Gündə on nəfər dost yığılıb restoranda, kafedə onun-bunun sümüyünü yuyursa, bu dostluq deyil. Bu, bekarçılıqdan başqalarının həyatı ilə yaşamaqdır. İllər boyu dost olurlar, sonra çıxıb hər şeyi vururlar yerə. Təbii ki, məyus oluram. Mənim üçün əsas insanlıqdır. O mənim içimdə hələ ki, ölməyib. Mən bunu təkcə Nurab Suri haqqında demirəm. Nura əgər 5 faiz xətrimə dəyibsə, digərləri 25 faiz dəyib”.