OPEC: İyun ayında qlobal neft hasilatı artıb

OXUNUB: 320 Özəl İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına görə, qrupun gündəlik xam neft hasilatı iyun ayında əvvəlki aya görə 234 min barrel artaraq təxminən 28 milyon 72 min barrelə çatıb. OPEC-in qlobal neft hasilatındakı payı 28,8 faiz olaraq qeyd edilib. Bu göstərici əvvəlki ayda 28,9 faiz olub. Bu dövrdə OPEC daxilində xam neft hasilatı ən çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İran, Anqola və Küveytdə artıb. Xam neft hasilatının ən çox azaldığı ölkələr Liviya və Venesuela olub.

İcmal.az

RƏYLƏR