Dünən Sevinc Osmanqızının kanal(izasiyas)ındakı çıxışına baxdıqdan sonra bir daha əmin oldum: Cəmil Həsənli həqiqətən də çox həyasız, çox abırsız və çox ləyaqətsiz adamdır!
Sima deyilən şey qalmayıb, bu nadürüstdə. Amma yenə dayanmır. Riyakarlığına ara vermir. Usanmır. Utanmır.
Qoşulub rəfiqəsi Sevincə, bu onu tərifləyir, o bunu.
Sonra bu özünü tərifləyir, o biri də özünü.
Və arada, yadlarına düşəndə, Əli Kərimli və Gültəkin Hacıbəyli haqda da bir - iki kəlmə deməyi unutmurlar. Ki, sabah qaraguruhun gözündən pərdə asa bilsinlər.
Aşağıdakı şərhlər isə verilişin özündən çox - çox daha "cəlbedicidir.”
Çünki, hamı məsxərəyə qoyub. Hamı dolayıb. Hamı ələ salıb.
Biri yazıb ki, "Bəs 100 minlərlə tərəfdaşınız vardı, hardadır onlar, niyə ortalıqda yoxdurlar?” O biri (yəqin, Əli Kərimlinin həbsini nəzərdə tutaraq) yazıb: "Cəmil müəllim, sizdən görək”. Digəri yazıb: "A bəy, qaynar - qaynar danışırsan e...amma, bircə onu demirsən ki, niyə bu bashabasda toy adı ilə Dubaya qaçmağa çalışırdın.” Başqa birisi yazıb: "Cəmil, sən canı, Gültəkinə denən, mənə Goranboydakı torpaqlarından 6 - ca sot pay versin, özümə ev tikəcəm.”
***
Bax belə, Cəmil Həsənli!
Gördüyün kimi, hörmətin də, izzətin də, nüfuzun da yerlə bir sürünür.
Dedim, sadəcə xəbərin olsun.
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri
























